Veb saytlar sizin virtual dünyadakı evinizdir desək yanılmarıq. Korporativ veb saytlar sizə bir sıra üstünlük qazandıracaq. Şirkətinizə məxsus sayt müştərilərinizin sizi rahat tapacaq, sizin barənizdə ətraflı məlumat əldə etməsini təmin edəcək və ən əsası sizə qarşı güvən hissini formalaşdıracaq.

Doğru hazırlanmış veb saytlar vasitəsilə siz axtarış sistemlərində ön sıralarda çıxa və rəqibləriniz qarşısında üstünlük əldə edə bilərsiniz. Bununla yanaşı, axtarış sistemlərində ön planda çıxmağınız sizin satışlarınızı da artıracaq.

Veb saytları hazırlayarkən, bir sıra nüansa xüsusi diqqət yetirmək lazımdır.

1. Şirkətin veb saytı korporativ rənglərə uyğun, modern üslubda, şirkətin təklif etdiyi xidmətə uyğun funksional formada dizayn edilməlidir. Saytdakı məlumatlara müştərinin rahat bir formada çatımlılığı olmalıdır. Xidmət və məhsullar barəsində lakonik ancaq bir o qədər də aydın təsəvvür yaradacaq kontentlər hazırlanmalıdır.

2. Veb sayt bütün qurğularda -mobil, planşet, televizor və s. responsiv görünüşə malik olmalıdır. Əks təqdirdə ziyarətçilər saytı dərhal tərk edəcək ki, bu da şirkət imicinə xələl gətirəcək.

3. Axtarış Sistemlərinin Optimizasiyası – texniki SEO tələblərinə cavab verməlidir. Bu da saytınızın axtarış sistemlərində ön sıralarda çıxmasını təmin edəcək.

4. Veb sayt “canlı orqanizm” olub, şirkətlə “nəfəs almalıdır”. Yəni şirkətdə baş verən bütün yeniliklər, keçirilən tədbirlər burada anındaca əks olunmalıdır. Sayt gündəlik olaraq yenilənməlidir ki, həm müştərilərin maraq dairəsində daim qala bilsin, həm də SEO-da ön planda çıxa bilsin.

Texnojob Agency

Saytların hazırlanma prossesi

texniki layihəyənin məzmununa uyğun gələn görünüş və rəng çalarları seçilərək təsdiq olunur. istifadəçilərin rahat istifadə edə biləcəyi və göz yormayan dizayn hazırlanaraq təsdiq edilir.

Müraciət et