CRM Platformaları nədir?
CRM - müştəriləriniz barədə olan bütün məlumatların toplandığı bir platformadır. Bu platforma Sizin şirkətin xidmətlərindən və ya məhsulundan istifadə edən müştərini daimi müştəriyə çevirmək məqsədi daşıyır. CRM platformasından istifadə etməklə müştəri davranışlarını rahatlıqla analiz edib biznesini daha da genişləndirə bilərsiniz.
CRM sisteminin üstünlükləri:
Müştəri bazası toplayın
Müştəriləriniz haqqında bütün məlumatları bir yerdə saxlamaqla, onlara nəzarəti vahid platformadan həyata keçirin
Müştərilərinizi tanıyın
CRM sistemi vasitəsilə müştərilərinizi yaxından tanıyaraq onları təkrar müştəriyə çevirməyin yollarını kəşf edin
Büdcənizi tənzimləyin
CRM sisteminin verdiyi nəticələr əsasında Sizə faydalı olan marketinq addımlarını seçin və illik marketinq büdcənizi doğru tənzimləyin.
Analizlər edin
CRM sisteminin təqdim etdiyi geniş texniki imkanlardan istifadə edərək müxtəlif istiqamətli analizlər edin və şirkətin gələcək strategiyasını formalaşdırın.
Satışlarınızı artırın
CRM sisteminin verdiyi məlumatları doğru təhlil edərək şirkətin məhsul və xidmət üzrə satışlarını daha da artırın.
Məlumat itirməyin
Şirkətinizi tərk etmiş əməkdaşların müştərilərini asanlıqla digər əməkdaşlar arasında bölüşdürməklə məlumat itkisinə yol verməyin.
Qeyd. Texnojob MMC şirkəti tərəfindən CRM Platformalarının yığılması tərəflər arası məxfilik müqaviləsi ilə tənzimlənir. Bu səbəbdən xidmət növü üzrə hər hansı bir açıq hesabatlar təqdim edə bilmirik.